Dünyada artıq 30 ildir ki, alimlər, siyasətçilər, sahibkarlar, mədəniyyət xadimləri və onlarla digər ixtisas sahiblərini bir arada birləşdirən TED - Technology, Entertainment, Design adlı konfrans keçirilir. 1984-cü ildə təşkil olunmuş ilk TED konfransında yenicə buraxılmış Macintosh kompüteri, Sony istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olmuşdur. Sonrakı illərdə TED səhnəsindən ABŞ-ın keçmiş prezidenti Bill Clinton, Nobel mükafatıçısı James Watson, Microsoft'dan Bill Gates, Google'dan Eric Schmidt və Sergei Brin, Wikipedia'dan Jimmy Wales və onlarla digər tanınmış şəxslər çıxış etmişlər.
TED konfranslarındakı çıxışlar (TEDTalks) video formatda TED.com saytında yerləşdirilib və onların çoxuna rus və türk dilində subsitr tərcüməsində baxmaq mümkündür. Ətraflı








